İslam Səfərlinin 90 illik yubileyi qeyd olunacaq

İslam Səfərlinin 90 illik yubileyi qeyd olunacaq

Şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyi qeyd olunacaq. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ədibin yaradıcılıq yolundan və yazdığı əsərlərdən söz açılacaq, həmçinin sözlərinə yazılmış musiqilər səsləndiriləcək.

Qeyd edək ki, İslam Səfərlinin 90 illik yubileyi oktyabrın 31-i Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə