Azərbaycan İctimai Televiziya və Radio Yayımları Birliyi "Junior Eurovision-2013" mahnı müsabiqəsində ölkəmizin iştirakını təsdiq edib. SİA-nın xəbərinə görə, Avropa Yayımları Birliyi də Azərbaycanın müsabiqədəki iştirakı haqda rəsmi şəkildə məlumat yayıb.
Artıq bu ay ərzində İctimai Televiziya ölkə təmsilçisini müəyyən etmək üçün dinləmələr keçirib. Kanalın təşkil etdiyi kastinqlərdə 10-15 yaş arası 100-dən çox uşaq iştirak edib. Uşaq Eurovision mahnı yarışmasında iştirak edəcək təmsilçi və mahnı ilə əlaqədar daha ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan ilk dəfə bu müsabiqədə 2012-ci ildə iştirak edib. Ömər Sultanov və Suada Ələkbərova dueti "Girls & Boys" (Dünya sənindir) mahnısı ilə müsabiqədə 11-ci yer tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB