"Benim dünyam" fimi Bakıda

Türkiyənin məhşur aktrisası Beren Saatın "Benim dünyam" filminin qala gecəsi oktyabrın 25-də Türkiyədə keçiriləcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Uğur Yücelin rejissorluq etdiyi və Beren Saatla baş rol oynadığı ekran işində Ayça Bingöl, Yasemin Conka, Turgay Kantürk, Hazar Ergüçlü, Melis Mutluç və başqaları da iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, Beren sözügedən filmdə eşitmə və danışma qüsurlu qızı canlandırıb.

Qeyd edək ki, "Benim dünyam" filminin Bakıdakı qala gecəsi isə 15 noyabrda Nizami Kino Mərkəzində baş tutacaq. Sözügedən gecədə Türkiyənin məhşur aktyorlarının iştirakı da gözlənilir.

"Benim dünyam" filminin anonsunu sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə