“Sənətkarın taleyi”

Elçinin "Sənətkarın taleyi" pyesi əsasında səhnələşdirilən tamaşanın premyerasını təqdim ediləcək. Akademik Milli Dram Teatrından SİA-ya verilən məlumata görə, rollarda xalq artistləri Ramiz Novruz (Qubernator), Şükufə Yusupova (Qrafinya), əməkdar artistlər Firdovsi Atakişiyev (Ərəblinski), Cəfər Namiq Kamal (Poloni), Elşən Cəbrayılov (Yaqo), Ayşad Məmmədov (Bığlı artist), Hicran Nəsirova (Bibi), Əsgər Məmmədoğlu (Molla), Mirzə Ağabəyli (Baqqal), Əjdər Həmidov (Məmur) və başqaları ifa edirlər.

Qeyd edək ki, "Sənətkarın taleyi" tamaşası oktyabrın 27-si saat 19:00-da Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə