Türkiyənin məhşur müğənnisi Özcan Denizin yeni filmi "Su və Ateş" Bakıda nümayiş olunacaq. SİA-nın məlumatına görə, filmdə Özcan Deniz, aktrisa Yasemin Allen, Açelya Elmas və başqaları rol alıblar.

Nəzərinizə çatdıraq ki, sözügedən filmin Türkiyədəki təqdimat mərasimi noyabrın 15-də baş tutacaq. Filmin rejissoru və ssenari müəllifi Özcan Denizin özünə məxsusdur.

Qeyd edək ki, "Su və Ateş" filminin qala gecəsi Bakıda dekabrın 19-da Özcan Denizin özünün iştirakı ilə Nizami Kino Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə