AMEA Mərkəzi Elmi Kitabxanasınd ədəbiyyat sərgisi təşkil olunub
AMEA Mərkəzi Elmi Kitabxanasında müstəqillik günü ilə bağlı geniş ədəbiyyat sərgisi təşkil olunub. Azərbaycan Milli Elmlər Akademiyasından SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini əldə etməsinin 22 illyi münasibətilə təşkil olunan sərgini giriş sözü ilə AMEA MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli açaraq Azərbaycan xalqının öz dövlət müstəqlliyini əldə etməsinin böyük tarixi nailiyyət kimi əhəmiyyətindən bəhs edib. A. Əliyeva-Kəngərli böyük bir tarixi dövrdə sovet imperiyasının tərkibində yaşayan xalqımızın azadlığa çıxması, öz suveren hüquqlarını bərpa etməsi, maddi və mənəvi sərvətlərinin müstəqil sahibinə çevrilərək onu idarə etməsi kimi son dərəcə əhəmiyyətli məsələlərə toxunaraq, bütün bunların əldə edilməsini millətimizin müstəsna qələbəsi kimi dilə gətirib. Natiq, həmçinin müstəqilliyimizin əldə edilməsindən sonra məlum səbəblər üzündən onun itirilməsi təhlükəsi məsələsinə toxunaraq bildirib ki, bu böyük təklükənin aradan qaldırılması yalnız Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi, milli müstəqilliyimizin və dövlətçiliyimizin xilaskarı, millətimizin milli iftixar və qürur mənbəyi, Ulu Öndər H.Ə.Əliyevin siyasi hakimiyyətə qayıtması nəticəsində mümkün olduğunu dilə gətirib. "Məhz Ulu Öndərin müdrik siyasəti, yüksək idarəetmə qabiliyyəti, zəngin siyasi təcrübəsi sayəsində dövlətçiliyimiz möhkəmləndirilmiş, dünya birliyində özünəməxsus dəst-xətti olan bir dövlətə çevrilmişdir"-deyən A. Əliyeva-Kəngərli H.Əliyevin Azərbaycan tarixində əbədiyaşar və əvəzsiz şəxsiyyət, müstəsna qabiliyyət, bilik, bacarıq və təcrübəyə malik lider kimi xidmətlərindən bəhs edib.
Nəzərinizə çatdıraq ki, A.Əliyeva-Kəngərli həmçinin, bu gün Ulu Öndər H.Ə.Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm prezidentimiz cənab İ.Əliyev tərəfindən müstəqil dövlətimizin get-gedə daha da gücləndirilməsi, Azərbaycan Respublikasının regionun lider dövlətinə çevrilməsi, xalqın maddi və mənəfi inkişafının yüksəldilməsindən geniş bəhs edərək xalqımızı, bütün vətəndaşları bu yolda möhtərəm prezidentimizin ətrafında sıx birləşməyə və ona dəstək olmağa çağırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini əldə etməsindən bu günə qədər müxtəlif tarixi faktları, görüşləri, ən mühüm və əhəmiyyətli məsələləri özündə əks etdirən, Azərbaycan, rus, ingilis və digər dillərdə təxminən 300-ə yaxın müxtəlif kitab, dövri mətbuat nümunələri, foto və video materialları əks etdirən geniş ədəbiyyat sərgisi 10 gün müddətində davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB