Taras Qabora və Mehriban Süleymanova birlikdə konsert verəcəklər

Taras Qabora və Mehriban Süleymanova birlikdə konsert verəcəklər

Tanınmış ukraynalı skripkaçı Taras Qabora və Odessa Milli Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Mehriban Süleymanovanın Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konserti təşkil ediləcək. SİA-nın verdiyi xəbərə görə, konsertdə Motsartın, Debyussi, Raxmaninov və tanınmış Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri səsləndiriləcək.

Nəzərinizə çatdıraq ki, konsertdə azərbaycanlı pianoçu Fəqan Həsənli tərəfindən də musiqi parçaları ifa ediləcək. Taras Qabora Pekin, Seul, Tokio, Hong Kong, Los Angeles, Oberlin, Maynz, Montreal, Toronto, Milan, və s. kimi şəhərlərdə dərslər verir.

Qeyd edək ki, T.Qabora oktyabrın 24-də ilk dəfə olaraq Azərbaycanda çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə