İsrailin müxtəlif şəhərlərində "Azərbaycan günləri" uğurla keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə İsrail parlamentinin xarici işlər və müdafiə məsələləri üzrə komissiyasının sədri, "Bizim Evimiz-İsrail" Partiyasının lideri Aviqdor Liberman iştirakçılara videomüraciət ediblər. "Azərbaycan-İsrail" Beynəlxalq Assosiyasının (Azİz) təşkil etdiyi "Azərbaycan günləri" Afula şəhərində keçirilib.
Nəzərinizə çatdıraq ki, yüzlərlə iştirakçı şəhərin Mədəniyyət sarayına toplaşaraq Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər. Mədəniyyət sarayının foyesində Azərbaycandan çıxmış rəssamların Azərbaycan təbiətinə həsr olunmuş əsərləri sərgilənib. Bayram konsertində Azərbaycanın əməkdar artisti Ədalət Şükürov, "Jemçujina" qafqaz rəqs ansambılı,opera ifaçısı Məryam Hacıyeva, İsraildə yaşayan Azərbaycan əsilli Liora Safanova, Manuel İsakov, Hava Dolev, Fərid Aloni və başqaları mahnılar ifa ediblər.
Qeyd edək ki, sözügedən tədbirin keçirilməsində Heydər Əliyev Fondu, Azİz, STMEQİ Dağ Yəhudilərinin Beüynəlxalq Fondu, Afula meriyası dəstək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB