Bu gün Azərbaycan Diabet Liqası (ADL) "Qeyri-infeksion xroniki xəstəlikləri olan gənc insanların reabilitasiyası üçün istirahət düşərgələrinin hazırlanması ilə bağlı tövsiyyələr" kitabını təqdim edib. SİA-nın məlumatına görə, tədbirdə ADL-ın bu fəaliyyətini dəstəkləyən və maliyyə yardımı göstərən dövlət strukturlarının, QHT-lərin və şirkətlərin nümayəndələri, xeyriyyəçi insanlar iştirak edib.
Təqdimat mərasimində çıxış edən ADL-nın sədri Yeganə Sultanova bildirib ki, kitabda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan düşərgələr haqqında məlumat yer alıb: " İstirahət düşərgələri hər bir uşaq və gənc insanın həyatında onun yaradıcılıq imanlarını üzə çıxaran, inkişaf etdirən, təkmilləşdirən, yeni sosial münasibətlərin qurulmasını, fərdi maraq və tələbatlarını təmin edən bir dövrdür. Hər bir gənc üçün bu dövr çox vacibdir, lakin sağlamlığında problemləri olanlar üçün bu hər zaman əl çatan olmur. Onların cəmiyyətə inteqrasiyasi üçün bu düşərgələrin böyük əhəmiyyəti var. Elə bu səbədən də biz birləşərək onların sağlam gələcəyi naminə əlimizdən gələni etməliyik" .
Qeyd edək ki, ADL 2000-ci ildən xüsusi qayğıya ehtiyacı olan diabetli uşaqlar və gənclər üçün istirahət təşkil edən ictimai birlikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB