Nigar Rəfibəylinin yubileyinin vaxtı dəyişib

Nigar Rəfibəylinin yubileyinin vaxtı dəyişib

Xəbər verdiyimiz kimi, 2013-cü ildə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq Şairi Nigar Rəfibəylinin anadan olmasının 100 ili tamam olur. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq Şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı 4 mart 2013-cü il tarixli Sərəncam imzalayıb.

Nəzərinizə çatdıraq ki, sərəncamın icrasına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabr ayında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulan yubiley gecəsinin vaxtı dəyişdirilərək, noyabr ayına keçirilib.

Qeyd edək ki, tədbirin dəqiq vaxtı və proqramı haqqında mətbuata ətraflı məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə