Əməkdar artist Rusiyada konsert verəcək

Əməkdar artist Rusiyada konsert verəcək

Azərbaycanın əməkdar artisti, Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Dinara Əliyevanın konserti keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, proqrama Cüzeppe Verdinin uvertüra və ariyaları daxil edilib.

Nəzərinizə çatdıraq ki, xeyriyyə məqsədli konsertdə Dinara Əliyevanı Vladimir Spivakovun rəhbərlik etdiyi Rusiya Milli Filarmoniyasının orkestri müşayiət edəcək. Onu da deyək ki, Dinara Əliyeva 1980-ci ildə Bakıda anadan olub. 2004-cü ildə Bakı Musiqi Akademiyasını bitirib. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində aparıcı partiyaları ifa edib. 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir. Bir sıra beynəlxalq müsabiqələrin qalibi və laureatıdır. 2010-cu ildə Dinara Əliyeva Plasido Domingann mahnı müsabiqəsinin laureatı olub.

Qeyd edək ki, konsert noyabrın 2-si Moskva Dövlət Konservatoriyasının böyük zalında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə