Dünən və bu gün bütün müsəlmanlar müqəddəs "Qurban bayramı"nı qeyd edir. Bu münasibətlə xalqımızı hansı məhşurların təbrik etdiyini SİA oxucularına təqdim edirik:
Müğənni-bəstəkar Emin: "Qurban bayramınız mübarək".

Xalq artisti Aygün Kazımova: "Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. "Qurban bayramı"nın ikinci gününü yaşayırıq. Məhz bu gün bayram namazı qılanların Allah namazlarını və kəsilən qurbanlarını qəbul etsin.
Hər kəsi müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edirəm".

Teleaparıcı İlkin Həsəni: "Qurban bayramınız mübarək olsun. Allah kəsilən bütün qurbanları qəbul edər İnşallah".

Əməkdar artist Vəfa Zeynalova: "Bu xoş gündə bayram münasibəti ilə sizi təbrik edir, ən xoş arzularimi bildirirəm. Bir istəyim də odur ki, Allah sizə bayramlarda qurban kəsmək imkani versin, arzularınız yerinə yetsin".

Reper Miri Yusif: "Hər kəsi səmimi qəlbdən "Qurban Bayramı" münasibəti ilə təbrik edirəm."

Aktyor Fərda Xudaverdiyev: "Qurban bayramınız mübarək. İnşallah Allah hər kəsin kəsdiyi qurbanları qəbul edər".

Müğənni Ceyhun Əliyev: "Bütün müsəlman bacı, qardaşlarımızı və şəxsən məni təbrik edən və etməyən bütün insanları "Qurban bayramı" münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Allah kəsdiyiniz qurbanlarınızı qəbul etsin. Amin".

Müğənni Mirkamil Kamilov: "Əselamu aleykum və rahmetullahi və berekatuhu. Bütün xalqımızın və dünyada yaşayan bütün müsəlmanların müqəddəs "Qurban bayram" mübarək olsun İnşallah. Allah xalqımızı, müsəlman aləmini və bütün bəşəriyyəti qorusun. Amin".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB