Musiqili Teatrın solisti beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

Musiqili Teatrın solisti beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

Azərbaycan Dövlət Musiliqi teatrının gənc aktyoru Elvin Əliyev bu ilin 16-19 oktyabr tarixləri arasında Azərbaycan-Gürcüstan gənclərinin Beynəlxalq festivalında iştirak etmək üçün Siqnaxi (Gürcüstan Respublikası) şəhərinə yola düşəcək. SİA-nın verdiyi xəbərə görə, festivalın keçirilməsində məqsəd iki ölkə arasında gənclər sahəsində əməkdaşlığı inkişaf etdirmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır. Nəzərinizə çatdıraq ki, Elvin Əliyev Rusiyada və Qazaxstanda keçirilən Beynəlxal festivallarda iştirak edib, laureat adını qazanıb.

Qeyd edək ki, Musiqili teatrda isə Üzeyir Hacıbəylinin "Arşın mal alan", "O olmasın, bu olsun" Rauf Haciyevin "Talelər qovuşanda", Oktay Kazımovun "Qızıl toy" tamaşalarında baş rolların ifaçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə