“Adsız”

Nargilə Qəribovanın rejissorluğu ilə və eyni adlı əsəri əsasında "Adsız" tamaşası nümayiş olunacaq. Dövlət Pantomima teatrından SİA-ya verilən məlumata görə, N.Qəribova tamaşada qadın obrazını da oynayır. Onun tərəf-müqabili isə teatrın gənc aktyoru Elnur İsmayılovdur. Tamaşanın əsas mövzusu, insanların günahı kənarda deyil, öz içində axtarması ideyasına xidmət edir. Günahları kənarda axtardıqca, baş vermiş hadisələrdə başqalarını təqsirləndirdikcə münaqişə daha da dərinləşir. "Adsız" da cərəyan edən hadisələr bir ailə daxilində baş verir.

Qeyd edək ki, "Adsız" tamaşası oktyabrın 19-u saat 18:00-da Dövlət Pantomima Teatrının səhnəsində baş tutacaq. Biletin qiyməti isə 5 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə