Ruslan Sabirli: "Toy günü sevmədiyim qızla evlənməkdən imtina etdim"
Hər kəsin böyük maraqla gözlədiyi "Sənə inanıram" serialının növbəti anonsu da yayılıb. Aktyor Ruslan Sabirlinin SİA-ya açıqlamasında serialın başlamasına çox az qaldığını dilə gətirib: "Tezliklə serialımız Xəzər televiziyasında yayımlanacaq. Ssenariyə əsasən toy günü sevmədiyim qızla evlənməkdən imtina etdim. Bundan sonra da ara qarışdı. Digər çəkildiyim filmlərdən fərqli olaraq "Sənə inanıram" serialında mənfi "Həmid" obrazını canlandırıram. 24 bölümdən ibarət olan serial olduqca maraqlıdır. Hamını sözügedən serialı izləməyə dəvət edirəm".
Qeyd edək ki, "Sənə inanıram" serialında Ruslan Sabirli, Rafael Dadaşov, Şəfəq Əliyeva, Şəlalə Qurbanova, Tamilla Həmidova, Nuriyyə Əhmədova, Çinarə Hüseynova, Minarə Allahverdiyeva və başqaları rol alıb. Serialın quruluşçu rejissoru Sain Qəhrəman, bədii rəhbəri isə Emin Mirabdullayevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB