"Qızıl Portağal" mükafatı sahiblərinə verildi

"Qızıl Portağal" mükafatı sahiblərinə verildi

50-ci Beynəlxalq Antaliya Qızıl Portağal Film Festivalının mükafatları sahiblərinə təqdim olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, film dünyasının ən məhşur simaları olan Cam Piramit Kongre və Fuar Merkezi də iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, 50-ci Beynəlxalq Antaliya Qızıl Portağal Film Festivalı mükafatlandırma mərasimində "Ən yaxşı köməkçi qadın aktrisa" mükafatı, "Cennetten Kovulmak" adlı filmindəki performansıyla Gülüstan Acet layiq görülüb.

"Ən yaxşı köməkçi kişi aktyoru" mükafatını, "Uzun yol" adlı filmindəki obrazı ilə Ahmet Özarslan alıb.

"Ən yaxşı rejissor" mükafatına "Kusursuzlar" adlı filmin rejissoru Ramin Matin layiq görülüb.

"Ən yaxşı ilk film" mükafatına Zeyneb Dadak və Merve Kayanın birgə idarə etdiyi "Mavi Dalga" filmi olub.

"EXPO 2016 Ən yaxşı ssenari mükafatı"na "Mavi dalga" filminin ssenaristləri Zeyneb Dadak və Merve Kayanı layiq görüblər.

"BAKA Ən yaxşı musiqi mükafatı"na "Meryem" filmi ilə Youki Yamamoto layiq görülüb.

"Ən yaxşı qadın aktrisa" mükafatı isə "Meryem" filmindəki rolu ilə Zeynep Çamcıya verilib.

Qeyd edək ki, 50-ci Beynəlxalq Antaliya Qızıl Portağal Film Festivalının jüri sədri məhşur aktrisa Türkan Şoraydır.

Bütün xəbərlər Facebook səhifəmizdə