Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında ilk azərbaycanlı şərqşünas alim qadın, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmamquliyevanın anadan olması münasibətilə onun zəngin elmi-tədqiqat fəaliyyətinə həsr olunmuş geniş ənənəvi və virtual ədəbiyyat sərgisi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru fil.ü.e.d Aybəniz Əliyeva-Kəngərli bildirib ki, görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmamquliyeva dünya şərqşünaslığında xüsusi mövqeyi olduğunu xüsusilə vurğulayıb: " Aidə İmamquliyeva "Azərbaycan şərqşünaslıq məktəbi"nin inkişafında böyük xidmətləri olan, layiqincə təmsil edən nüfuzlu alimlərimizdən olub. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa bir vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib".
Sərgidə alimin "Cübran Xəlil Cübran", "Qələmlər birliyi və Mixail Nuaymə", "Yeni ərəb ədəbiyyatı korifeyləri", "Şərq və Qərb: Ortaq mənəvi dəyərləri" kimi, eləcə də onun həyat və yaradıcılığına həsr olunmuş Səlahəddin Xəlilovun "Şərq ruhumun Qərq həyatı", Şərəf Cəlillinin "Daşda çiçək açan Dilbər", eyni zamanda "Dünya deyilən sənmişsən" və başqa əsərlərin müəllifidir.
Qeyd edək ki, sərgidə 100-ə yaxın kitab, 40-dan çox məqalə, virtual görüntülər, video filmlər və fotomateriallar oxuculara nümayiş etdirilib. Həmçinin sərgi 15 gün müddətində davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB