“Dörd əkizin nağılı”

Yazıçı Panço Pançevinin "Dörd əkizin nağılı" əsəri əsasında səhnələşdirilən tamaşanın premyerası olacaq. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, tamaşada Naibə Allahverdiyeva, Nübar Novruzova, Kərəm Hadızadə, Günel Məmmədova, Elnur Hüseynov, Anar Səfiyev, Zümrüd Quliyeva və digərləri rol alacaqlar.

Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı ilə İradə Muradova, rəqslər və plastika isə Vüsal Mehrəliyevə məxsusdur.

Qeyd edək ki, "Dörd əkizin nağılı" tamaşası uşaqlar üçün nəzərdə tutulub. Sözügedən tamaşa oktyabrın 13-ü saat 12:00-da Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə