Elşən Rüstəmov: “Ölkəmizdə mükəmməl serialların çəkilməsinə cəhd edilir"
Əməkdar artist Elşən Rüstəmov SİA-ya Azərbaycanda çəkilən serialların keyfiyyətindən danışıb: "Ölkəmizdə mükəmməl serialların çəkilməsinə cəhd edilir. Nə qədər çox serial çəkilsə, nə qədər peşəkar aktyorlar iştirak etsə, bu sektor da o qədər püxtələşəcək. Püxtələşmə də təbii ki, iş prosesindən asılıdır. Əgər seriallara baxanların sayı artsa, zamanla daha gözəl seriallar təqdim olunacaq".
Elşən Rüstəmov həmçinin son zamanlar mediada ən çox danışılan mövzulardan bir olan "Mahmud və Məryəm" filmi haqda da maraqlı açıqlama verib. Belə ki, aktyor Azərbaycanda böyük səs-küyə səbəb olan sözügedən filmi hələ də izləmədiyini dilə gətirib: "Heyfislənirəm ki, mən "Mahmud və Məryəm" filminə baxa bilmədim. Tamaşalarımla üst-üstə düşdüyünə görə, vaxt tapıb gedib izləməyə imkan olmadı. Film haqqında ətrafdan müxtəlif fikirlər söylənilib. Aralarında filmi bəyənənlər də, heç xoşlarına gəlməyələr də olub. Bu da normal haldır. Tam bir fikir söyləyə bilməyəcəyəm. Əgər baxsaydım təbii ki, fikirlərimi və təəssüratlarımı sizinlə bölüşərdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB