Viktor Hüqonun "Mariya Tüdor" pyesi əsasında hazırlanmış "Qadın məhəbbəti" tamaşası nümayiş olunacaq. Akademik Milli Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşada xalq artisti Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artistlər, Elşən Rüstəmov, Elxan Quliyev, Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Kazım Həsənquliyev, aktyor Hikmət Rəhimov və başqaları iştirak edirlər.
Tamaşa hakimiyyət hərisliyi və dəlisov ehtiraslar əsirliyindən, soyuq mühakimə, məntiqin işləmədiyi mənəviyyat ərazisində azmış insanların faciəli özünütəsdiqi və başqa mətləblərdən bəhs olunur.
Qeyd edək ki, "Qadın məhəbbəti" tamaşası 11 oktyabr saat 19:00-da Akademik Milli Dram Teatrının səhnəsində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB