Görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Trubadur" operasının tamaşası nümayiş olunacaq. Opera və Balet Teatrından SİA-ya verilən məlumata görə, Qraf di Luna partiyasını ifa etmək üçün Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belorusun xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Petrovu dəvət edilib. Tamaşada digər əsas rollarda Azərbaycanın əməkdar artistləri Fəridə Məmmədova (Leonora), Səbinə Əsədova (Azuçena) və Fərid Əliyev (Manriko) çıxış edəcəklər.
Nəzərinizə çatdıraq ki, tamaşanı beynəlxalq müsabiqələr laureatı gənc və istedadlı dirijor Əyyub Quliyev idarə edəcək.
Qeyd edək ki, "Trubadur" operasının tamaşası oktyabrın 12-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB