Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin Braziliyadakı səfirliyi və Braziliya Bankının Mədəniyyət Mərkəzi (Centro Cultural Baco do Brasil) bu ölkənin paytaxtı Brasilia, Rio de Janeyro, San Paolo şəhərində Azərbaycan bədii filmlərinin nümayişini təşkil edib. SİA-nın verdiyi xəbərə görə, nümayiş olunan "40-cı qapı", "Sahə", "Buta", "Niyyət", "Giro", "İlahi məxluq" bədii filmləri Azərbaycanın Braziliyadakı Səfirliyi tərəfindən portuqal dilində subtitrləşdirilmiş, həmçinin tədbirlə bağlı C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən əldə olunmuş video və foto materiallar əsasında proqramlar, poster və bannerlər hazırlanmış, CCBB-nin mərkəzlərində yerləşdirilib.
Hər üç şəhərdə Azərbaycanın tanınmış rejissoru Eldar Quliyevin Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən "Girov" bədii filminin nümayişindən sonra Azərbaycanın Braziliyadakı Səfiri Elnur Sultanovla tamaşaçılar arasında görüşlər keçirilib, görüşlərdə Azərbaycanın tarixi, mədəniyyəti, kinosu, habelə müasir inkişafı, beynəlxalq və regional müstəvidə oynadığı rol, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan-Braziliya əlaqələri kimi mövzular müzakirə olunub. San Paolo şəhərində baş tutmuş tədbir zamanı Səfirin tamaşaçılarla ünsiyyəti canlı şəkildə CCBB-nin Twitter səhifəsində yayımlanıb.
Qeyd edək ki, tədbirlər zamanı "İRS-Herança" jurnalının portuqal dilindəki ilk nəşri, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə nəşr olunmuş "Azərbaycan Avrasiyanın ürəyində" adlı buklet və digər tarixi və mədəni materiallar iştirakçılara paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB