O.Yernevanın pyesi əsasında səhnələşdirilmiş "İnteryerdə qeyri-ailə portreti" tamaşasının premyerası olacaq. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, rollarda xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, əməkdar artist Yevgeniya Nevmerjitskaya, aktyorlar Əsgər Rəhimov, Mədinə Mulayeva iştirak edəcəklər.
Nəzərinizə çatdıraq ki, tamaşa Azərbaycanın xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovski tərəfindən səhnəyə qoyulub.
Qeyd edək ki, "İnteryerdə qeyri-ailə portreti" tamaşası oktyabrın 12-si saat 19:00-da Rus Dram Teatrında səhnəyə qoyulacaq. Biletin qiyməti isə 11 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB