Kəmalə Ağayevanın əsəri əsasında hazırlanan "Göyçək Fatimə" tamaşası təqdim olunacaq. Kukla Teatrından SİA-ya verilən məlumata görə, sözügedən tamaşa uşaqlar üçün nəzərdə tutulub. Bu tamaşa məhşur "Zoluşka" (Küllücə) mövzusunun Azərbaycan versiyasıdır.
Nəzərinizə çatdıraq ki, bu mövzu çox xalqların şifahi xalq ədəbiyyatında müxtəlif adlarda mövcuddur. Tamaşa gözəl musiqiləri, oxunan mahnıları ilə könül oxaşayır.
Qeyd edək ki, "Göyçək Fatimə" tamaşası oktyabrın 8-i saat 12:00, 14:00, 16:00-da Azərbaycan Dövlət Kukla Teatrında baş tutacaq. Biletin qiyməti isə 2 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB