Bu günün tarixi

Miladi: 7 oktyabr 2013
Hicri: 01 Zülhəccə 1434

İlin 280-cı günü
İlin sonuna 85 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:34
Günəş – 07:43
Zöhr – 13:33
Əsr – 17:11
Məğrib – 19:28
İşa – 20:45

E.ə.3761 - Yəhudi inancına görə dünyanın yarandığı gün.

1737 - Hündürlüyü 13 metri aşan dalğalar Hindistanda 100 000 insanın həyatına son qoyub.

1769 - İngilis dəniz səyyahı Kapitan Kuk (Captain Cook) Yeni Zelandiya adalarını kəşf edib.

1806 - Karbon kağızı kəşf edilib.

1809 - Amerikalı yazıçı Edqar Allan Po vəfat edib.

1826 - ABŞ-da ilk dəmir yolu istifadəyə verilib.

1885 - Danimarkalı fizik Nils Bor anadan olub.

1900 - III Reyxin hərbi və siyasi xadimi Henrix Himmler anadan olub.

1926 - İtaliyada faşist partiyası özünü rəhbər partiya elan edib, digər partiyaların fəaliyyəti qadağan edilib.

1933 – "Air France" şirkəti təsis olunub.

1940 - Almaniya və İtaliya əsgərləri Rumıniyanı işğal ediblər.

1949 - Almaniya Demokratik Respublikası (ADR) qurulub.

1950 - Tereza Ana xeyriyyə fondu yaradılıb.

1950 - Rusiyalı teleaparıcı Vladimir Molçanov anadan olub.

1952 - Rusiya prezidenti Vladimir Putin anadan olub.

1963 - Haiti ve Dominikan Respublikasında Flora qasırğası nəticəsində 7 190 insan ölüb.

1963 - ABŞ Prezidenti Con Kennedi nüvə sınaqlarının qadağan edilməsinə dair SSRİ, ABŞ, Böyük Britaniya arasındakı üçtərəfli sazişi imzalayıb.

1967 - Amerikalı müğənni Toni Brekston anadan olub.

1968 - Radiohead qrupunun vokalisti Tom York anadan olub.

1970 - Riçard Nikson, Vyetnam müharibəsinə son verəcək beş maddəlik sülh şərtlərini açıqlanıb.

1971 - Fransada qanuni və nigahdankənar doğulan uşaqlar barədə diskriminasiyanı ləğv edən qanun qəbul edilib.

1977 - SSRİ-də yeni konstitusiya qəbul edilib.

1985 - Aşilə Lauro (Achille Lauro) adlı səfər gəmisi Fələstin döyüşçüləri tərəfindən qaçırılıb.

1988 - Türkiyənin Ərzurum vilayətindəki qazıntılar nəticəsində ermənilərin türk əhalisinə qarşı 1918-ci ildə törətdiyi Yaşılyayla soyqırımı aşkarlanıb.

1992 - Azərbaycan Ali Soveti MDB-yə daxil olmağın əleyhinə səs verib.

1994 - Azərbaycan Respublikası Küveyt ilə diplomatik əlaqələr qurub.

2001 - ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başlayıb.

2002 - Nobel Tibb Mükafatı, ingilis alimləri Sidney Brenner ve Con Sulston ilə amerikalı Robert Horvitsə verilib.

2002 - İsrail silahlı qüvvələrinin Qəzzada Xan Yunusa qarşı hücumunda 14 fələstinli öldürülmüş, 110 nəfər yaralanıb.

2003 - Kinoaktyor Arnold Şvartsenegger Kaliforniyanın qubernatoru seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə