“Buzovna kəndinin əhvalatları”

Xalq yazıçısı Elçin Əfəndiyevin "Buzovna kəndinin əhvalatları" əsəri əsasında səhnələşdirilən tamaşa nümayiş olunacaq. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, tamaşanın süjet xətti elə kənd hadisələrindən bəhs edir.

Nəzərinizə çatdıraq ki, tamaşa Bakı kəndlərinin abı-havasını qoruyub saxlayır.

Qeyd edək ki, "Buzovna kəndinin əhvalatları" adlı tamaşa oktyabrın 6-sı saat 19:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Biletin qiyməti isə 6 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə