“Türk Dünyasının Birliyi Günü” qeyd olundu

“Türk Dünyasının Birliyi Günü” qeyd olundu

Bu gün Müasir İnkişaf İctiami Birliyinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə "Türk Dünyasının Birliyi Günü"nə həsr olunmuş vətənpərvərlik konsert proqramı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Müasir İnkişaf" İctimai Birliyi İdarə Heyətinin sədri Mübariz Göyüşlü, Gənclər və İdman Baş İdarəsinin Gənclərlə İş sektorunun müdiri Zamin Əhmədov, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, incəsənət xadimlərindən əməkdar artist Nuriyyə Hüseynova, "Savalan" qrupunun rəhbəri Novruz Novruzlu, media nümayəndələri və başqaları iştirak ediblər.

"Müasir İnkişaf" İctimai Birliyi İdarə Heyətinin sədri Mübariz Göyüşlü tədbiri giriş sözü ilə açaraq günün mahiyyətini vurğulayıb: "2009-cu ildə hələ "Dünya türklərinin həmrəylik günü" həyata keçməmiş biz belə bir təkliflə çıxış etdik. Reallaşması üçün kompaniya təşkil etdik. Bu konpaniya təkcə Azərbaycanda deyil, həmçinin Türkiyədə də davam etdirildi. Sonda ictimayətin səsi eşidildi. 2010-cu ildə Türkiyənin İstanbul şəhərində 4 türk dövlətin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan dövlət başçılarının iştirakı ilə türk dövlətlərinin əməkdaşlıq şurasının əsası qoyulub. Türk dövlətlərinin Zirvə toplantısında türk xalqlarının birləşməsi üçün 60 qərar qəbul edilib. Bu 60 qərardan biri də bu gün bizim toplaşdığımız "Dünya türklərinin həmrəylik günü" ilə bağlı olub. Bu gün Azərbaycanla yanaşı Qazaxıstan, Türkiyə, Qırğızıstan, Türkmənitan, Uyğur, Başqırd, Tatar, Qaqauz və başqa türk dövlətlərində də qeyd olunur".

Qeyd edək ki, türk dövlət başçıları 2009-cu ildə Naxçıvanda bir araya gələrək 3 oktyabr hər il "Dünya türklərinin həmrəylik günü" kimi qeyd olunması qərarını qəbul ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə