"Bakı Caz Festivalı 2013" çərçivəsində Kenni Qarettin konserti keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, o Miles Davis, Freddie Hubbard, Woody Shaw, McCoy Tyner, Pharoah Sanders, Brian Blade, Marcus Miller, Herbie Hancock, Bobby Hutcherson və s. kimi bir çox məşhur cazmenlərlə çıxış edib. Kenni Qarrett Amerikanın caz saksofonçusu və fleytaçalanıdır.
O, karyeraya 1978-ci ildə Dyuk Ellinqtonun Orkestrında başlayıb. İlk solo albomunu 1984-cü ildə buraxıb.
Qeyd edək ki, Kenni Qarettin konserti oktyabrın 25-i saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB