İncəsənət xadimləri "Növbəti 5 il ərzində kimi prezident seçəcəklər?" SORĞU
9 oktyabr 2013-cü il Azərbaycanda Prezident Seçkiləri Günüdür. Məhşur incəsənət xadimlərindən "Növbəti 5 il ərzində kimi prezident seçəcəklər?" sualı altında sorğu keçirdik. Həmin sorğunu SİA oxucularına təqdim edirik:
Xalq artisti Nəzakət Teymurova: "Mədəniyyət işçilərini heç vaxt dövlət bu qədər yüksək səviyyədə dəyərləndirməyib. Bu gün Prezidentimiz İlham Əliyevin sayəsində mədəniyyət, incəsənət adamlarına böyük qayğı var. Bizim də "Prezident təqaüdü" və evlə təltif olunmağımız çox sevindirici haldır. Hamını Cənab İlham Əliyevə dəstək olmağa çağırıram".
Əməkdar artist Dilarə Əliyeva: "Təbii ki, mənim namizədim İlham Əliyevdir. Çünki onun prezidentliyi dövründə ölkəmiz saysız- hesabsız uğurlar qazanıb. Bu da onun düzgün xarici və daxili siyasətinin nəticəsidir. Bütün ailəm və yaxınlarımla cənab İlham Əliyevi dəstəkləyirik".
Əməkdar artist Nahidə Orucova: "Son illər Azərbaycanda filmlər, seriallar çox inkişaf edir. Bu da cənab Prezidentimizin filmlər üçün ayırdığı vəsaitlə bağlıdır. Prezidentimiz İlham Əliyevə səs verəcəm. Əvvəllər Ümummilli Lider Heydər Əliyevin mədəniyyət sahəsinə olan qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Aktyor Rəhman Rəhmanov: "Mənim tək namizədim var o da cənab İlham Əliyevdir. Hamını bir nəfər kimi Prezident İlham Əliyevə səs verməyə çağırıram. Çünki bizi düzgün yola, uğurlu gələcəyə yalnız İlham Əliyev apara bilər".
Aktyor Bəhram Bağırzadə: "Son illərdə dövlətimiz şərait yaradır ki, peşəkar fimlər çəkilisin və biz aktyorlar da öz məharətimizi göstərək. Hamını prezident seçkilərinə dəvət edirəm. Mən öz namizədimi 20 il bundan əvvəl seçmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB