Jurnalistlər Metroparkda "Əsirlər"lə qarşılaşdı FOTO

Jurnalistlər Metroparkda "Əsirlər"lə qarşılaşdı FOTO

"Metropark" AVM-in Park Cinema-sında filminin mətbuat üçün baxışı keçirilib. SİA-nın məlumatına görə, ABŞ istehsalı olan "Пленницы" ("Əsirlər") filmi bu il ekran üzü görüb. Rejissorluğunu Deni Vilnövün etdiyi filmdə rolları Hyu Cekman (Keller Dover), Ceyk Cillenhol (detektiv Loki), Melissa Leo (Holli Cons), Pol Dano (Aleks Cons), Mariya Bello (Qreys Dover), Terrens Hovard (Franklin Birç), Viola Devis (Nensi Birç), Dilan Minnet (Ralf Dover) və başqaları canlandırıblar. Detektiv və triller janrında olan film 2 saat çəkib.

Qeyd edək ki, filmdə baş verən hadisə İngiltərənin kiçik şəhərlərindən birində cərəyan edir. Keller Dover hər valideynin ən böyük dəhşəti ilə üzləşir. Onun 6 yaşlı qızı rəfiqəsi ilə itir. Vaxt gedir, qızlar geri qayıtmır, və çaxnaşma son həddə çatır. Yeganə şübhə qızlar həyətdə oynadıqları zaman küçədə dayanan köhnə furqona düşür. İstintaqa başçılıq edən xəfiyyə Lokki furqonun sürücüsü - Aleks Consu həbs edir, lakin tezliklə dəlillərin çatışmaması səbəbindən onu azad etməli olur. Polis bu işi uzadır, və dərddən dəli olan ata işi öz üzərinə götürməli olur. Qızların axtarışına çıxan Keller nəyə qadirdir?...

Bütün xəbərlər Facebook səhifəmizdə