Emma Uotson müasir kinematoqrafiyanın ən cazibədar aktrisası hesab olunub

Emma Uotson müasir kinematoqrafiyanın ən cazibədar aktrisası hesab olunub

İyirmi üç yaşlı britaniyalı Emma Uotson dünya kinematoqrafiyasının ən cazibədar aktrisası hesab edilib.

Kino sənəti məsələləri üzrə ixtisaslaşmış nüfuzlu "Empayer məqəzin" ("Empire magazin") jurnalının illik reytinqinin nəticələri bu gün Londonda elan olunub.

Kinematoqrafiya karyerasına Harri Potter haqqında filmlərdə Hermion Qreyncer rolu ilə başlayan E.Uotson finalda amerikalı aktrisalar Skarlet Yohanson və Cenifer Lourensi ötüb keçə bilib.

Onlar, müvafiq olaraq, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Reytinqdə dördüncü yeri amerikalı aktrisa Kristen Stüart tutub.

Daha bir amerikalı Enn Heteuey beşliyi tamamlayıb.

"Empire magazin" jurnalının ən cəlbedici aktyorları reytinqində Böyük Britaniya təmsilçisi, 37 yaşlı Benedikt Kamberbetç liderlik edir.

"Bi-bi-si" şirkətinin "Şerlok" televiziya serialında Şerlok Holms rolu aktyora böyük şöhrət qazandırıb.

Reytinqdə ikinci və üçüncü yerləri də britaniyalı aktyorlar - Tomas Hiddlston və Henri Kavil tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə