Ankarada TÜRKSOY-un 20 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilib
Türkdilli ölkələrin mədəniyyət təşkilatı olan TÜRKSOY-un yaradılmasının 20 illik yubileyi ilə bağlı Türkiyə paytaxtında tədbirlər keçirilib. SİA-nın verdiyi xəbərə görə, türkdilli ölkələrin 6 nazirinin, o cümlədən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə TÜRKSOY-un Ankaradakı baş qərargahında Daimi Komitənin 31-ci toplantısı keçirilib. Toplantıda çıxış edən təşkilatın baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik 20 il ərzində türk dünyasının mədəni irsinin təbliği, türkdilli ölkələrin əməkdaşlığının gücləndirilməsi sahəsində görülən işlərdən ətraflı bəhs ediblər. Türkdilli ölkələrin nazirləri, habelə TÜRKSOY-un ilk baş katibi olmuş Polad Bülbüloğluna yubiley medalları təqdim edilib.
Nəzərinizə çatdıraq ki, daha sonra Çankaya köşkündə Türkiyə Prezidenti Abdullah Gül türkdilli ölkələrin mədəniyyət nazirlərini qəbul edib. Qardaş ölkənin dövlət başçısı yubiley münasibətilə TÜRKSOY-a üzv ölkələrin nümayəndələrini təbrik etmiş, təşkilata gələcək fəaliyyətində uğurlar diləyib. TÜRKSOY-un baş katibi Düsen Kaseinov prezident Abdullah Gülə yubiley medalı təqdim edib.
Qeyd edək ki, Türkiyə Prezidenti simfonik orkestrinin konsert zalında TÜRKSOY-un 20 illik yubileyinə həsr olunmuş konsert olub. Konsertdə türk dünyasının incəsənət ustaları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB