“Heyvanlar və uşaqlar küçələri zəbt etdilər”

“Heyvanlar və uşaqlar küçələri zəbt etdilər”

Rus Dram teatrında "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər" tamaşası nümayiş olunacaq. Teatrdan SİA-ya verilən məlumata görə, "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər" tamaşası dünyanın bir çox ölkələrində yüksək mükafatlara layiq görülüb. Milli London Teatrında 5 həftə ərzində keçirilib, 40 nümayiş ərzində bir dənə də olsun satılmamayan bilet qalmayıb. Tamaşa bütün iri teatr festivallarında və Bermingemdən tutmuş Pekinə qədər bütün dünya teatrlarında nümayiş etdirilib. İndi isə bu tamaşa Bakıya gəlir.

Aktyor ifası, animasiya, film və musiqili komediya qarışığından ibarət bu qeyri-adi tamaşa, teatrı heç zaman təsəvvür etmədiyiniz tərzdə sizə yenidən tanıdacaq. Real faktlar, vahiməli nağıllar, qara yumor, kabare mahnıları və abstrakt fəza ilə qarışır. Əla sinxronlaşdırılmış canlı musiqi, ifa və rəvayət müşayiəti ilə real aktyorlar cizgi obrazlarla təmas yaradır. Kinematoqrafiya və animasiya elementlərinin təəccübləndirici sintezi ilə yaradılan bu tamaşa Britaniyanın teatr incəsənətinin orijinallığına və cəsurluqla tətbiq edilən yeniliklərinə işarədir.

Nəzərinizə çatdıraq ki, Böyük Britaniya mətbuatında "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər" tamaşası ilə əlaqədar aşağıdakı rəylər söylənib:

"1927: Bu tamaşanın oxşarı yoxdur" ( "The Times" qəzeti)
" "1927" şirkətinin ticarət markası arxa fonda qüsursuz çəkilmiş cizgi filmlə sintez olunmuş canlı musiqi və ifadan ibarət tamaşası ilə texniki məharət nümunəsinə çevrilib." ("The Scotsman")
"1927 şirkəti böyük ustalıqla düşünülmüş alleqoriyanın yaradıcısıdır…." ( "The Guardian" qəzeti)

Qeyd edək ki, tamaşa, rus və azərbaycan dillərinə sinxron tərcümə təmin olunmaqla, ingilis dilində ifa olunur. Sözügedən tamaşa 12 yaşından başlayaraq tamaşaçıların müxtəlif yaş qrupları arasında maraq oyadacaq. Biletlərin qiyməti isə 6-11 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə