Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində "Odlar yurdu" foto müsabiqəsini elan edir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, müsabiqəyə Azərbaycanın təbiət mənzərələrini, adət-ənənələrini, tarixi abidələrini əks etdirən fotolar qəbul olunur. Müsabiqənin keçirilməsində məqsəd tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməkdir.
Nəzərinizə çatdıraq ki, müsabiqəyə fotolar 30 oktyabr 2013-cü il tarixinədək qəbul olunur. Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər.
Qeyd edək ki, qalibləri beynəlxalq münsiflər heyəti müəyyən edəcək. Ən yaxşı işlər 20-24 noyabr 2013 tarixində Nizami Kino Mərkəzində sərgilənəcək.
Qaliblər festivalın təntənəli bağlanış mərasimində mükafatlandırılacaq. Daha ətraflı məlumatı Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi veb saytından əldə etmək olar: http://www.bitff.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB