Sənətçilərimiz Rusiyada konsert proqramı ilə çıxış edəcəklər

Sənətçilərimiz Rusiyada konsert proqramı ilə çıxış edəcəklər

Azərbaycanlı sənətçilər Rusiyada konsert proqramı ilə çıxış edəcəklər. SİA-nın verdiyi xəbərə görə, gecədə mədəniyyət xadimləri, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistləri Fərid Əliyev və Afaq Abbasova, həmçinin müğənni Nuri Serinlendirici, meyxana ustaları Həsrət Səda, Akif Arif və başqaları çıxış edəcəklər.

Nəzərinizə çatdıraq ki, konsert proqramı Yekaterinburq şəhərində yerləşən azərbaycanlıların Ümumrusiya Konqresinin Ural rayon şurası tərəfindən təşkil olunub.

Qeyd edək ki, oktyabrın 4-ü saat 18:00-da Mədəniyyət sarayında keçiriləcək konsertin əsas məqsədi oktyabrın 9-da ölkəmizdə baş tutacaq prezident seçkilərində Azərbaycan respublikasının prezidenti İlham Əliyevə dəstək olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə