Ankarada TÜRKSOY-un yaradılmasının 20 illik yubileyinə həsr edilmiş tədbirlər keçirilir FOTO
Türkiyənin Ankara şəhərində Prezident Simfonik Orkestrınin konsert zalında Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı – TÜRKSOY-un yaradılmasının 20 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində türk xalqlarının musiqilərindən ibarət konsert olub. SİA-nın verdiyi xəbərə görə, tədbirlərdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Hal-hazırda Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül ilə TÜRKSOY üzv dövlətlərinin mədəniyyət nazirləri və nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilir.
Nəzərinizə çatdıraq ki, görüşdən sonra TÜRKSOY-un Baş qərargahında təşkilatın 20 illik fəaliyyətinə həsr olunmuş bədii sərginin açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, günün ikinci yarısında isə TÜRKSOY Daimi Şurasının 31-ci iclası keçiriləcək. İclas çərçivəsində TÜRKSOY-un tədbirlərində fəal iştirak edən, ümumtürk mədəniyyətinə xidmət göstərən dövlət, mədəniyyət, incəsənət və mətbuat nümayəndələrinə TÜRKSOY-un quruluşunun 20 illiyi münasibətilə təsis edilmiş xüsusi yubiley medallarının təqdim olunma mərasimi təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB