Rejissor, ssenarist, kinoşünas, pedaqoq Ayaz Salayev SİA-ya açıqlamasında Azərbaycanda və dünyada çəkilən serialları izləmədiyini dilə gətirib: "Mən heç vaxt seriallara baxmıram. Bu tək ölkəmizdə çəkilən seriallara aid deyil, həmçinin xarici serialları da izləmirəm".
Nəzərinizə çatdıraq ki, Ayaz Salayev Azərbaycanda təqdim olunan "Mahmud və Məryəm" filmi haqqında isə heç bir fikir söyləmək istəməyib: "Mən bu film haqqında nə yaxşı, nə də pis söz deməyəcəyəm. Son günlərdə mətbuatda da bu haqda çoxlu suallar çıxıb. Yenə də deyirəm. Mənə bu mövzuda heç bir sual verilməsin".
Qeyd edək ki, "Mahmud və Məryəm" filmi Türkiyə və Azərbaycan kinematoqrafçılarının ("24 kare film" və "Salnamə" studiyaları) ortaq istehsalıdır və yazıçı Elçin Əfəndiyevin eyniadlı romanı əsasında çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB