Rus dram Teatrında dramaturq Elçinin "Cəhənnəmin kirənişinləri" adlı əsəri səhnəyə qoyulacaq. Teatrdan SİA-ya verilən məlumata görə, baş rollarda xalq artistləri Yuriy Balyuyev, Səfa Mirzəhəsənova və əməkdar artist Mələk Abbaszadə çıxış edəcəklər.
Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu-rejissoru Kamran Şahmərdandır.
Qeyd edək ki, "Cəhənnəmin kirənişinləri" tamaşası oktyabrın 4-ü saat 19:00-da Rus Dram Teatrında baş tutacaq. Biletin qiyməti isə 11 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB