4 gün uşaqlar üçün “YENİ İL” şənlikləri keçiriləcək

4 gün uşaqlar üçün “YENİ İL” şənlikləri keçiriləcək

27, 28, 29, 30 dekabr tarixlərində Heydər Əliyev Sarayında uşaqlar üçün "Yeni il" şənlikləri keçiriləcək. Saraydan SİA-ya verilən məlumata görə, yeni il şənliyində uşaqların əyləncəsinə rəng qatacaq bir-birindən maraqlı rəqslər, musiqilər və surprizlər olacaqdır. Uşaqları təbrik edənlər sırasında Yeni ilin personajları Şaxta Baba və Qarqız da olacaq.

Nəzərinizə çatdıraq ki, yeni il şənlikləri saat 12:00-da başlayacaq. Biletlərin qiyməti isə 5 -15 manat arasında dəyişir.

Qeyd edək ki, adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçı ailələri, əlil uşaqları və uşaq evlərinin sakinlərinə təmənnasız yer ayıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə