Şair, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu dünən gecə vəfat edib. Bu barədə SİA-ya Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov məlumat verib: "Ədalət müəllim dünən gecə saat 2-də insult keçirib və yaxınları onu xəstəxanaya aparıblar. Lakin 02:40 radələrində dünyasını dəyişib. Gecədən səhər saatlarına qədər hamımız orada idik. Dəfn mərasimində də iştirak edəcəyik. Bədbəxt hadisəni gözləmirdik. Çünki dünən saat 16:30-a qədər birlikdə işdə olmuşuq. Daha sonra Ədalət bəy sistem almaq üçün işdən çıxıb. Onu da deyim ki, Ədalət Əsgəroğlu uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi".
Nəzərinizə çatdıraq ki, Ədalət Əsgəroğlu bu gün Xırdalan qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Yazıçılar Birliyinin sədri Anar Rzayev Türkdilli Mədəniyyət Nazirlərinin imtahanına dəvət edildiyinə görə, dünən axşam Türkiyənin paytaxtı Ankaraya səfər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB