“Qobustan kölgələri” baletinin premyerası keçiriləcək

“Qobustan kölgələri” baletinin premyerası keçiriləcək

Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayevin "Qobustan kölgələri" baletinin premyerası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, tamaşanın quruluşçu baletmeysteri Böyük Britaniyalı xoreoqraf Maksin Braxandır. Tamaşa bu ilin may ayında xüsusi layihə çərçivəsində - Bakıda keçirilən Mədəniyyətlərarası beynəlxalq dialoq forumu çərçivəsində səhnəyə qoyulub və forumun iştirakçıları üçün mayın 31-də Qobustanda qayalar arasında açıq havada qurulmuş xüsusi səhnədə göstərilib və böyük uğur qazanıb.

Nəzərinizə çatdıraq ki, tamaşa hazırda teatrın səhnəsində göstərilmək üçün uyğunlaşdırılıb.

Qeyd edək ki, "Qobustan kölgələri" sərt təbiətə qarşı həyat uğrunda mübarizə aparan ibtidai insanların həyatından bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə