Rəhman Rəhmanov: “Ayağım yavaş-yavaş çürüyür”

Rəhman Rəhmanov: “Ayağım yavaş-yavaş çürüyür”

Azərbaycanın sevilən aktyoru Rəhman Rəhmanov səhhətindən şikayət edib. Aktyor SİA-ya açıqlamasında 15 ildən çoxdur ki, xəstə olduğunu dilə gətirib: "Mən artıq 15 ildir ki, ağır şəkər xəstəliyindən əziyyət çəkirəm. Ayağımın biri işləmir və yavaş-yavaş çürüyür. Həkimlər də ayağımın çox pis vəziyyətdə olduğunu söyləyirlər. Təəssüf ki, sözügedən xəstəliyin heç bir müalicəsi yoxdur. Səhhətimin pis vəziyyətdə olmasına baxmayaraq, mən yenə də öz işimin başındayam. İşləmək çətin də olsa, mən teatrsız yaşaya bilmərəm. Bütün həyatımı bu teatra həsr etmişəm".

Qeyd edək ki, Rəhman Rəhmanov 1974-cü ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə