Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 123-cü mövsümünə başlayıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru İslam Həsənov və baş rejissoru Tural Mustafayev çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari mövsümdə qarşıda duran vəzifələrindən danışıblar. Bildirilib ki, bu il iyunun 25-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli teatrımızın 140 illiyi münasibətilə əməkdar artist Təvəkkül Əliyev "Tərəqqi" medalı ilə təltif olunub, aktyor Sucəddin Mirzəyev isə əməkdar atrist fəxri ada layiq görülüb. Teatrın daha 2 aktyoru – Eynəli Nurullayev və Şahrud Mehdiyeva, həmçinin rəssam Məmmədyar Cəfərov Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunublar. Hazırda teatrda baş rejissor Tural Mustafayevin quruluşunda Aldo Nikolainin "Dəmir sinif" pyesi tamaşaya hazırlanır. Paralel olaraq Slovamir Mrojekin "Mühacirlər" əsəri üzərində də iş gedir. Bu tamaşaya Ukraynadan dəvət olunmuş rejissor Andrey Nepitalyuk quruluş verəcək. Tamaşa YUNESKO xəttı ilə hazırlanır və təhvil verildikdən sonra 4 ölkənin teatrlarında müxtəlif dillərdə oynanılacaq. Kollektiv həmçinin cari mövsümdə bir neçə Beynəlxalq teatr festivalında respubliamızı tənsil edəcək.
Aşılış mərasimindən sonra dramaturq Maarif Məmmədovun "Əcnəbi kürəkən" komediyası əsasında hazırlanmış yeni tamaşa sənətsevərlərə təqdim olunub. Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərində hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir. Amerika vətəndaşı Ulyam Keytin turist qismində kəndə gəlişi sanki buradakı sakitliyi pozur. Hamı əcnəbinin kəndə gəlişinin əsas məqsədini istədiyi kimi yozur. Amma əslində Keytin məqsədi Azərbaycan əsilli atasını tapmaqdır.
Maraqla baxılan tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovundur. Baş rolu – Ulyam Keyt obrazını gənc aktyor Emin Fərzullayev ifa edib. Digər rollarıda əməkdar artist Sucəddin Mirzəyev, aparıcı aktyorlat Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova və başqaları çıxış ediblər.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB