Qazaxıstanın Petropavlovsk şəhərində türkdilli xalqların mədəniyyət festivalı keçirib. Festivalda vilayət icra orqanının təmsilçiləri, Azərbaycan, qırğız, uyğur, tatar, özbək və digər türkdilli xalqların milli mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak edirdi.
Tədbirin keçirilməsindən məqsəd türkdilli xalqların mədəniyyəti, adət-ənələri ilə yaxından tanış olmaq, ümumi olan maddi və mənəvi sərvətlərin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması, həmçinin türdilli xalqlar arasında əlaqələrin genişlənməsidən ibarət olub.
Festivalda vilayətdəki Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən musiqi kollektivləri xalqımızın mahnı və rəqslərini ifa etmiş, milli paltarlarımız nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB