“Leyli və Məcnun” operası

Opera və Balet teatrında Fizulinin əsəri əsasında səhnələşdirilən "Leyli və Məcnun" operası göstəriləcək. SİA-nın verdiyi xəbərə görə, operanın musiqisi dahi bəstəkar Ü. Hacıbəyova məxsusdur.

Nəzərinizə çatdıraq ki, tamaşa iki sevən gəncin ülvi məhəbbəti, onların faciəvi taleyi haqqındadır. Qeys öz xalası qızı Leyliyə vurulur və onun sevgisindən dəli olur. Məhz buna görə də Leylinin valideynləri onu Qeysə vermir. İstəmədən başqasına ərə verilən Leyli ayrılığa dözməyib ölür, Qeys isə onun qəbrinin üstünə gələrək orada canını tapşırır.

Qeyd edək ki, "Leyli və Məcnun" tamaşası 29 sentyabr saat 19:00-da Opera və Balet teatrında başlayacaq. Biletlərin qiyməti isə 13 - 16 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə