Milli Kitabxananın əməkdaşları təltif olunublar

Milli Kitabxananın əməkdaşları təltif olunublar

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi münasibətilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrinə əsasən kitabxananın bir neçə əməkdaşı Azərbaycan Respublikasının "Fəxri mədəniyyət işçisi" döş nişanı, nazirliyin fəxri fərmanı və pul mükafatları ilə təltif olunublar. SİA-nın verdiyi xəbərə görə, bununla bağlı Milli Kitabxanada təltiflərin təqdimetmə mərasimi keçirilib.

Mərasimdə iştirak edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Milli Kitabxananın yubileyi ilə bağlı kollektivə təbriklərini çatdırıb, dövlətimiz tərəfindən kitabxana işinə, bu sahənin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Milli Kitabxananın bir qrup əməkdaşının orden, medal və fəxri adlarla təltif olunmasını bunun bariz nümunəsi olduğunu da xüsusilə vurğulayıb.

Mədəniyyət və turizm nazirinin birinci müavini Milli Kitabxananın əməkdaşlarına "Fəxri mədəniyyət işçisi" döş nişanlarını, fəxri fərman və pul mükafatlarını təqdim edib.

Qeyd edək ki, təqdimetmə mərasiminin sonunda kitabxananın direktoru Kərim Tahirov bütün kollektiv adından əməyə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib, kollektivin bundan sonra daha əzmlə çalışacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə