Azərbaycan sənətçisi rejissor laboratoriyasında

Azərbaycan sənətçisi rejissor laboratoriyasında

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Mahaçqala şəhərinə yaradıcılıq ezamiyyətinə yola düşüb. Teatrdan SİA-ya verilən məlumata görə, Azərbaycan rejissoru Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə iki ildən bir keçirilən Qafqaz, Şimali Qafqaz və Abxaziya teatr rejissorlarının artıq 3-cü dəfə keçirilən rejissor laboratoriyasında iştirak edir.

Nəzərinizə çatdıraq ki, Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçirilən rejissor laboratoriyasında sözgüdən respublikaların teatr rejissorları 1 həftə müddətində dünya teatr prosesində baş verən yeniliklər, teatrlararası təcrübə mübadiləsi haqqında söhbət-diskussiya aparıblar.

Qeyd edək ki, görüşlərdə azərbaycanlı rejissorun "Azərbaycan teatrının bü günü" haqqındakı çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə