Əbülfəs Qarayev Roma Opera Teatrının direktoru görüşdü FOTO
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Roma Opera Teatrının direktoru Katello de Martinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata əsasən, görüşdə Ə.Qarayev Azərbaycanla İtaliya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə danışıb. Nazir mədəniyyət və turizm sahələri üzrə ikitərəfli təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıb.
Nəzərinizə çatdıraq ki, son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə Romada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bütün bunlar xalqlarımız arasında mədəni sahədə mövcud olan əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verməkdədir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən əsaslı şəkildə qurulacağını deyən nazir bildirib ki, bu işlər italiyalı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Bu ilin noyabrında Azərbaycan turizm potensialının nümayiş olunacağını söyləyən nazir, son illər ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən uğurlu layihələrdən də söz açıb. Bakıda gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirən Roma Opera Teatrının direktoru Katello de Martino təmsil etdiyi mədəniyyət ocağı haqqında geniş məlumat verib. Qonaq bildirib ki, ölkələr və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində mədəniyyətin rolu çox böyükdür. Mədəniyyət xalqları birləşdirən, yaxınlaşdıran, dostlaşdıran başlıca amillərdəndir. Bu mənada Roma Opera Teatrı da daim əməkdaşlığa xüsusi əhəmiyyət verir. Qonağın sözlərinə görə, Roma Opera Teatrının nəzdində fəaliyyət göstərən uşaq orkestri dünyanın bir çox şəhərlərində iştirak edib. Arzu edərdim ki, onların Bakıda da çıxışları təşkil olunsun.
Qeyd edək ki, görüşün sonunda Roma Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB