Azərbaycan Parisdə keçirilən “Top Resa 2013” Beynəlxalq Turizm Sərgisində iştirak edir

Azərbaycan Parisdə keçirilən “Top Resa 2013” Beynəlxalq Turizm Sərgisində iştirak edir

Fransanın Paris şəhərində keçirilən "Top Resa 2013" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir. SİA-nın verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva daxildir.

Sərgidə 6 yerli turizm şirkəti, "Geo Travel", "Gilan Tourism", "Millennium Tourism and Congress DMC", "RVS travel", "Billur Tur" və "SW travel" şirkətləri təmsil olunur.

Nəzərinizə çatdıraq ki, adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 60 kv.m sahədə lövhə quraşdırılıb, həmçinin lövhədə "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılıb. Azərbaycan stendi sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, "Top Resa" Beynəlxalq Turizm Sərgisində iştirak edir. Ötən il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 164 ölkədən 1200-ə yaxın şirkət təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə