Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Moldovadakı Səfirliyin təşkilatçılığı ilə 4 nəfər Moldova rəssamının (Tatyana Frunze, Aleksandr Alavatski, Yakov Tixman, İlie Aleksandr Leu) Azərbaycana yaradıcılıq səfəri başlanıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, səfər zamanı Moldova rəssamları azərbaycanlı rəssamlarla birlikdə Bakı və otun ətrafını gəzərək rəsmlər çəkəcəklər. Tədbirin sonunda "Qalereya 1969" Qalereyasında birgə yekun sərgi keçiriləcək.
Nəzərinizə çatdıraq ki, tədbir Azərbaycan Respublikası və Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 2012-ci il 26 aprel tarixli üçüncü iclas Protokoluna əsasən təşkil olunur.
Bundan öncə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 4 nəfər Azərbaycan rəssamının (Nazim Məmmədov, Nazim Şamxorov, Anar Hüseynzadə, Aqşin Kazımov) Moldovaya səfəri təşkil olunub. Səfərin sonunda 4 Azərbaycan və 4 Moldova rəssamının iştirakı ilə Kişineuda sərgi təşkil edilib.
Qeyd edək ki, səfər sentyabr ayının 30-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB